» » "Heç kimə Cənubi Qafqazda qaynar nöqtənin olması lazım deyil"

"Heç kimə Cənubi Qafqazda qaynar nöqtənin olması lazım deyil"

"Heç kimə Cənubi Qafqazda qaynar nöqtənin olması lazım deyil"

"Bu gün heç bir tərəfə Cənubi Qafqazda qaynar nöqtənin olması lazım deyil". ucarliyiq.biz-in məlumatına görə, bu sözləri ANS-ə eksklüziv açıqlamasında Prezident Administrasiyanın rəhbərinin müavini Novruz Məmmədov deyib.



Onun sözlərinə görə, heç bir tərəf buradan hansısa mühüm dvident götürəcəyinə ümid etmir. "Yaxşı olar ki, burada sabitlik olsun. Burada yaxşı təhlükəsizlik təmin olunsun. Cənubi Qafqazda sakitlik olarsa, bunun bütün tərəflərə - Şimal, Cənub, Şərq, Qərb tərəflərə böyük faydası ola bilər".



Novruz Məmmədov deyib ki, Azərbaycan 25 ildə bütün dünya ilə müxtəlif işlər görür, bütün sahələrdə uğur qazana bilir. "Ölkəmiz bir deyil, iki deyil, bir neçə böyük layihələr, tədbirlər həyata keçirib. Kənardan baxanlar da fikirləşri ki, bizə bir məsələdə yardım göstərməmək düzgün deyil", - deyə Administrasiya rəhbərinin müavini əlavə edib.



Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov prezidentlərin iyunun 20-də Sankt-Peterburq görüşündən sonra verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu demişdi: 



"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi”.


"Heç kimə Cənubi Qafqazda qaynar nöqtənin olması lazım deyil"


O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip etibarilə razılığa gəliblər.



Amma Novruz Məmmədovun açıqlamasından bir neçə saat sonra Ermənistanın xarici İşlər naziri Edvard Nalbandyan razılaşmanın əldə olunması barədə verilən məlumatları təkzib etdi. 



Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova demişdi ki, görüşün nəticələrini yalnış şərh etmək olmaz.