» » "Qalatasaray" ulduzunu satdı

"Qalatasaray" ulduzunu satdı

"Qalatasaray" ulduzunu satdı

"Qalatasaray"ın ötən mövsümün əvvəlində "İnter"ə icarəyə verdiyi Aleks Tellesin yeni klubu müəyyənləşib. ucarliyiq.biz-in məlumatına görə, braziliyalı futbolçu "Portu"da oynayacaq.



Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 23 yaşlı müdafiəçinin transferi barədə iki klub arasında anlaşma əldə olunub. Razılığa əsasən "Portu" "Qalatasaray"a 6,5 milyon avro ödəyəcək. Həminin onun başqa kluba satışı zamanı İstanbul təmsilçisi 10 faiz pay alacaq.


"Qalatasaray" ulduzunu satdı

"Qalatasaray" ulduzunu satdı


"Qalatasaray" Aleks Tellesi 2014-cü ildə "Qremio"dan 6,5 milyon avroya almışdı. İstanbul klubunda 60 oyun keçirib 2 qol vuran müdafiəçi ötən yay 1,3 milyon avroya icarəyə verildiyi "İnter"in heyətində 22 rəsmi matça çıxıb. "Transfermarkt" ona 8,5 milyon avro qiymət qoyub.



Bu arada "Qalatasaray" klubu "Mançester Yunayted"lə qarşılaşacaq. Bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək. Tərəflər bir-birini İsveçin Göteborq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.