» » Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı

Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı

Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolundan danışıb. ucarliyiq.biz-in məlumatına görə, Sarkisyan bu məsələyə ABŞ prezidenti Barak Obamaya ölkənin Müstəqillik Günü münasibəti ilə ünvanladığı müraciətdə toxunub.


Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı


Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.



Serkisyan bildirib ki, Ermənistan üçün Qarabağ probleminin sülh nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın iştirakı çox əhəmiyyətlidir.



"Aprelin əvvəlində başlanan genişmiqyaslı hərbi əməliyyatlarda ABŞ-ın izlədiyi diplomatik yol onun məsələnin həllindəki əməliyyətini göstərdi. ABŞ bu prosesdə böyük rol oynayır",- deyə  Ermənistan prezidenti bildirib. 


Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı

Sarkisyan deyib ki, Birləşdirilmiş Ştatların digər həmsədr ölkələr - Rusiya və Fransa ilə birlikdə bu regionda möhkəm və uzunmüddətli sülhün yaranması üçün öz aktiv vasitəçilik missiyasını davam etirəcəyinə ümid edir. 


Sarkisyan Obamaya aprel döyüşlərindən yazdı


Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurmuşdu.



Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.   



“Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsinin müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, - deyə bəyanatda bildirilir.