» » İbrahimoviçin maaşı açıqlandı

İbrahimoviçin maaşı açıqlandı

İbrahimoviçin maaşı açıqlandı

Zlatan İbrahimoviçin yeni klubu rəsmən açıqlanıb. ucarliyiq.biz-in məlumatına görə, isveçli ulduz "Mançester Yunayted"ə keçib. 



Bu barədə klub rəsmi məlumat yayıb. "Zlatan zamanı" (It`s Zlatan time) başlığı ilə yayımlanan videoda İbrahimoviç də eyni sözləri təkrarlayıb. Onun yeni klubunda həftədə 200 min funt-sterlinq qazanacağı deyilir.



Rəsmi müqaviləni imzalayan ulduz futbolçu qısa açıqlama verib: "Mançester Yunayted"ə transfer olunduğum üçün çox xoşbəxtəm. Premyer Liqada oynamaq üçün tələsirəm. Joze Mourinyo ilə yenidən çalışmaq üçün də sevinirəm. O, çox gözəl mütəxəssisdir".


İbrahimoviçin maaşı açıqlandı

İbrahimoviçin maaşı açıqlandı


Mourinyo da İbrahimoviçin transferini dəyərləndirib: "Zlatanın tanıtıma ehtiyacı yoxdu. Statistika onun haqqında hər şeyi deyir. İbra dünyanın ən yaxşı forvardlarından biridi və həmişə meydanda bütün bacarığını ortaya qoyur. Dünyanın ən önəmli liqalarında çempionluqlar qazanıb, indi dünyanın ən yaxşı çempionatında oynayacaq".



İbrahimoviç Mourinyonun rəhbərliyi altında ilk oyununu "Qalatasaray"a qarşı keçirəcək. Bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək. Tərəflər bir-birini İsveçin Göteborq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.