» » Almaniya, yoxsa İtaliya?

Almaniya, yoxsa İtaliya?

Almaniya, yoxsa İtaliya?

Fransada keçirilən “Avro-2016”da 1/4 finalın oyunları davam edir. ucarliyiq.biz-in məlumatına görə, bu gün üçüncü yarımfinalçı müəyyənləşəcək.



Günün oyununda bundan əvvəlki mərhələdə "erkən final" adlandırılan matçda İspaniyaya qalib gələn İtaliya çempionatın favoritlərindən olan Almaniyanı sınağa çəkəcək. "Erkən final" adlandırılan bu qarşılaşma “Stad de Bordo” stadionunda keçirilcək.


Almaniya, yoxsa İtaliya?

Almaniya, yoxsa İtaliya?


Bundan əvvəl Portuqaliya və Uels yarımfinala çıxıb. Onlar növbəti mərhələdə rəqib olacaq. Sözügedən oyun iyulun 6-da keçiriləcək. Almaniya - İtaliya cütünün qalibi isə yarımfinalda sabah keçiriləcək Fransa - İslandiya cütünün qalibi ilə qarşılaşacaq.



AVRO-2016

1/4 final

2 iyul

23.00 Almaniya - İtaliya
Hakimlər: Viktor Kassai, Qyorqi Rinq, Vençel Töt (Macarıstan), Simon Marçinyak (Polşa).
Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (Macarıstan).
Bordo. “Stad de Bordo”.



3 iyul



23:00. Fransa - İslandiya