» » Yasamal rayonunda evlərindən zorla köçürülən sakinlər etiraz edir

Yasamal rayonunda evlərindən zorla köçürülən sakinlər etiraz edir

Yasamal rayonunda evlərindən zorla köçürülən sakinlər etiraz edir

Yasamal rayonu, M.Naxçıvanski 25-də yaşayan sakinlər artıq 10 gündür ki, az qala ibtidai  icma dövründəki kimi yaşayır. Hərə evində bir qaz sobası şam işığında biş-düş edir. Suyun olmaması isə bu istidə bir başqa dərddir. Sakinlər vedrələrlə su daşımaq məcburiyyətində qalıb. Sözügedən ünvanda kommunal xidmətlərin kəsilməsinə səbəb binanın qəzalı olması  və sakinlərin köçürülməsidir. Hərçənd ki, ailələr  evlərindən köçürülmələri  müqabilində onlara edilən təkliflə razı deyillər. 



Bundan başqa, ərazidəki dükanların, şəxsi  mülklərin də işığı kəsilib və onlara da ərazini boşaltmaq xəbərdarlığı edilib. Sakinlərin sözlərinə görə, hələ 2000-ci ildə də ailələrin köçürülməsi məsələsi gündəmə gəlibmiş. Və onlara ərazidə tikilməkdə olan bindan ev veriləcyi deyilib. Lakin bina tikilib istifadəyə verilsə də, ailələrə bu binadan pay düşməyib. Elə ona görə də sakinlər onlara kompensaisya verilməsini tələb  edir.



Məsələ ilə bağlı Yasamal rayon İH-də olduq. İcra hakimiyyətinin birinci müavini Səməd İslamov sözügedən binanın qəzalı olması ilə bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininin aktının olduğunu və buna əsasən də binanın istismarının dayandırıldığını bildirdi. Sakinlərin yeni mənzillərlə təmin olunmasına gəlincə, qurum rəsmisi bildirdi ki, elə həmin ərazidə 18 ay müddətinə bina inşa olunacaq. Həmin müddət ərzində isə binanı tikən şirkət ailələrə kirayə pulu ödəyəcək.



Hazırda Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri üzrə pilot layihə həyata keçirilir.  Həmin pilot layihə çərçivəsində qəzalı və istismara yararsız evlər sökülərək əvəzində yeni binalar inşa edilir. Yasamal rayonu ərzisində 18 belə bina var ki, artıq onlardan 6-nın sakinləri yeni mənzillərlə təmin olunub. Sağ əlləri Naxçıvani küçəsi 25-in sakinlərinin başına.