» » VİP otaqdan imtina edən İslandiya prezidenti fanatlar arasında olacaq

VİP otaqdan imtina edən İslandiya prezidenti fanatlar arasında olacaq

VİP otaqdan imtina edən İslandiya prezidenti fanatlar arasında olacaq

İslandiyanın yeni prezidenti Qvodni Youxanneson Avropa çempionatında milli komandaın oyununu fantlar ilə birgə meydandan baxacaq. ucarliyiq.biz-in məlumatına görə, prezident VİP otaqdan imtina edib. O, İslandiya yığmasını digər azarkeşlər kimi tribunada dəstəkləyəcək.



“Nəyə görə mən VİP otaqda oturub şampan içməliyəm? Bunu mən dünyanın istənilən nöqtəsində edə bilərəm. Mən meydanda İslandiya yığmasının formasını geyinib fanatlar ilə birgə yığmanı dəstəkləyəcəm.  Fransaya qarşı hörmətim var, amma onlar bizi zəif bilməməlidirlər”,- deyə Qvodni Youxanneson bildirib.



Youxanneson bir neçə gün əvvəl prezident seçkilərində qalib gəlib. O, tərcüməçi və İslandiya tarixi üzrə mütəxəssisdir. İslandiya millisi sabah Avropa çempionatının ¼ final mərhələsində Fransaya qarşı oynayacaq. 


VİP otaqdan imtina edən İslandiya prezidenti fanatlar arasında olacaq

VİP otaqdan imtina edən İslandiya prezidenti fanatlar arasında olacaq