» » Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerik rayonunun Rvarud kəndində şəhidlərin xətirəsinə inşa edilən abidə bərbad vəziyyətdədir.



Şəhid Səxavət Hacıyevin qohumu Faiq Hacıyevin ucarliyiq.biz-ə verdiyi məlumata görə, xatirəsinə abidə qoyulan şəhidlər Səxavət Əbil oğlu Hacıyev və Etiqad Balaxan oğlu Hacıyev 1993-cü ildə baş vermiş döyüşlərdə həlak olublar.



“Daha sonra onların xatirəsini əbədiləşdirmək üçün bir neçə sahibkar tərəfindən 1997-ci ildə kəndə abidə ucaldılıb. Ancaq son vaxtlar yetərli qədər diqqət yetirilmədiyi üçün dağılıb. Lerik Rayon İcra Hakimiyyətinin baçısı Rövşən Bağırovun və rayonun  digər rəsmi şəxsləri ilə də görüşmüşük. Onlara şəhidlərin abidəsinin təmirsiz olması barədə həm şifahi, həm də yazılı formada məlumat vermişik. Amma hələ də abidə təmirsiz vəziyyətdədir”,- deyə şəhidin qohumu bildirib. 


Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Arzu Vəliməmmədova ucarliyiq.biz-ə açıqlamasında deyib ki, vətəndaşlar bizə müraciət ediblər və abidənin təmirsiz vəziyyətdə olduğundan xəbərimiz var.  


Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir


“Bütün şəhidlərin qəbri Rayon İcra Hakimiyyətinin  diqqət məkəzindədir. Bu abidə sahibkar tərəfindən inşa edilib.  Rvarud kəndində yerləşən abidədə məzar yoxdur. Kəndin iqlim şəraiti çox sərt olduğu üçün abidə pis vəziyyətə düşüb. Təmir üçün lazımi maliyyə vəsaiti ayrılmalıdır. Biz hazırda bu məsələnin üzərində işləyirik”,- deyə rayon rəsmisi bildirib.  



Bu il fevralın 11-də də ucarliyiq.biz saytında abidələrin təmiri ilə bağlı məqalə dərc edilib. Həmin vaxt isə sayta Etiqad Hacıyevin qohumları müraciət ediblər.


Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir


Həmin vaxt açıqlama verən İcra Hakimiyyətinin rəsmisi Arzu Vəliməmmədova problemdən xəbərdar olmadıqlarını bildirmişdi. O, məsələnin araşdırılacağını və havalar istiləşən kimi təmir işlərinə başlanılacağına demişdi. 



Arzu Vəliməmmədova bu gün ucarliyiq.biz-ə açıqlamasında deyib ki, fevralın 11-də məsələyə münasibət bildirdikdən sonra Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsini həmin kəndə göndərdik.


Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir


“Mən həmin vaxt onun qəbrüstü abidə olduğunu fikirdim. Amma nümayəndə orada məzarlıq olmadığını dedi. Mən özüm də o kənddə bir neçə dəfə olmuşam. Orada məzar olmasa da belə həmin abidənin təmiri planlaşdırlır. Biz bütün şəhidlərimizin məzarlarına və abidələrinə eyni dərəcədə hörmət göstəririk. ", - deyə Arzu Vəliməmmədova bildirib.



Hazırda abidəsi baxımsız vəziyyətdə olan Etiqat Hacıyev Hərbi Xidmətə Ağdam şəhərində yerləşən N saylı Artileriya bataliyonundan başlayıb. Hacıyev tank sürücüsü olub. Ağdamda gedən döyüşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanıb. YaralI halda Bakı şəhərində Hərbi Hospitala yerləşdirilib. 5 iyul 1993-cü  ildə hospitalda dünyasını dəyişib.



Səxavət Hacıyev isə 1993-cü il yanvarın 25-də Ağdərə rayonunun  Srxavend kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 


Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir

Lerikdə Qarabağ şəhidinin abidəsi baxımsız vəziyyətdədir