» » Stavropolda ağır qəza baş verib, azərbaycanlı ölən və yaralılar var

Stavropolda ağır qəza baş verib, azərbaycanlı ölən və yaralılar var

Stavropolda ağır qəza baş verib, azərbaycanlı ölən və yaralılar var

Rusiyada Azərbaycan vətandaşları Stavropol vilayətində yük və minik avtomobillərinin qəzası nəticəsində dünyasını dəyişiblər.



ucarliyiq.biz-in məlumatına görə, azərbaycanlı vətəndaşlar Rusiya sərhədini bu gün keçiblər. Onlar Rostov-Don şəhərinə istiqamət alıblar. Bu barədə Rusiyanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin vilayət üzrə idarəsi məlumat yayıb.



Məlumata görə, yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 Azərbaycan vətəndaşı həyatını itirib, daha 3 nəfər yaralanıb.



“Andropov rayonunda "Qafqaz" federal avtomobil yolunun 296-cı km-də Mineralnıye Vodı şəhərindən Nevinnomıssk şəhəri istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü məsafəyə əməl etməyərək qarşı yolda hərəkətdə olan "Kamaz" nəqliyyat vasitəsi ilə toqquşub”.



"Mercedes"in üç sərnişini aldığı zədələrdən hadisə yerində keçinib, sürücü və daha iki sərnişin, o cümlədən 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.