» » Ərdoğan Atatürk hava limanının partlayan terminalında olub

Ərdoğan Atatürk hava limanının partlayan terminalında olub

Ərdoğan Atatürk hava limanının partlayan terminalında olub

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanının xarici xətlər terminalına baş çəkib.



ucarliyiq.biz-in məlumatına görə, terror hadisəsi ilə bağlı səlayihətlilərdən məlumat alan prezident həyatını itirənlər üçün yaradılan anım guşəsinə baş çəkərək qurbanlar üçün dua edib. Səfər zamanı  Ərdoğan İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunduğunu deyib: “Əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir”. 



Ərdoğanın səfəri 20 dəqiqə baş tutub. O, terror qurbanlarının ailələrinə baş sağlığı verib. Prezident bir taksi sürücüsünün sosial mediada, terror aktından sonra taksilərin yaralılardan və sərnişinlərdən külli miqdarda pul aldığına dair iddiaları xatırlatdıqdan sonra bu məsələyə də münasibət bildirib:



"Bilirsiniz, mən bu sosial mediaya qarşıyam. Bundan ötəri da mənə də çox hücumlar olub. Tvitterə-filana, bunların hamısına qarşıyam. Özüm də istifadə etmirəm. Mənim adımdan istifadə var, o başqa məsələdir. O əxlaqsızlığı edənlərin əxlaqsızlığı öz üzərlərinədir. Bunlara fikir verməyin".



İyun ayının 28-də İstanbulda Atatürk Hava Limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Al və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım, həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib. Son məlumatlara görə, terakt zamanı 43 nəfər ölüb 239 nəfər isə yaralanıb