» » Prezident: "Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək"

Prezident: "Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək"

Prezident: "Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı müharibdən qaçaraq ölkəsinə sığınan suriyalı qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcəyini bəyan edib.



ucarliyiq.biz-in məlumatına görə, Kilis şəhərində suriyalı qaçqınlar üçün verilən iftarda danışan Ərdoğan bildirib ki, vətəndaşlıq məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinə müvafiq tapşırılar verib.



“İnanıram ki, qardaşlarımız arasında Türkiyə Respublikasının vətəndaşı olmaq istəyənlər var. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi müəyyən addımlar atıb. Nazirliyimiz xüsusi şöbə vasitəsilə bu köməyi edəcək və qardaşlarımıza vətədaşlıq veriləcək Siz vətəninizdəsiniz, sadəcə evinizdən uzaq düşmüsünüz, - Ərdoğan deyib.



Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb.


Suriyada vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb və bu günə qədər davam edir.



Müharibə hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedir.



Müharibə nəticəsində yarım milyona yaxın insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb.