» » Keçmiş baş nazir dünyasını dəyişdi

Keçmiş baş nazir dünyasını dəyişdi

Keçmiş baş nazir dünyasını dəyişdi

Fransanın sabiq baş naziri Mişel Rokar 85 yaşında dünyasını dəyişib.



ucarliyiq.biz-in məlumatına görə, Rokar paytaxt Paris xəstəxanasında dünyasını dəyişib. Rokarın oğlu Fransis bu barədə açıqlama verib.



Ыosialist siyasi lider 1988-1991-ci illərdə ölkənin baş naziri vəzifəsində çalışıb. Həmin dövrdə Fransa prezidenti Fransua Mitteran olub. Mişel Rokar 1998-ci ildə Mitteranı dürüst olmamaqda təqsirləndirmişdi. Bu, iki siyasi lider arasında ziddiyyətin yaranmasına səbəb olmuşdu.



Mişel Rokar Avropa Birliyi tərəfdarı olaraq tanınırdı.



Fransa prezidenti Fransua Oland Rokarın ölümünü Fransa xalqı üçün ağır itki hesab edib. Oland Rokarı solçuların əvəzolunmaz siyasi xadimi adlandırıb.


Keçmiş baş nazir dünyasını dəyişdi