» » Messi üçün genişmiqyaslı etirazlar

Messi üçün genişmiqyaslı etirazlar

Messi üçün genişmiqyaslı etirazlar

Futbol üzrə Argentina milli komandasının aparıcı oyunçularından biri Leo Messinin komandadan ayrılacağı barədə qərarı genişmiqyaslı etirazlara səbəb olub.



ucarliyiq.biz-in məlumatına görə, paytaxt Buenos Ayresdə yüzlərlə azarkeş Messiyə dəstək nümayişi keçiriblər.


Messi üçün genişmiqyaslı etirazlar


Hətta, yağışlı və küləkli hava şəraiti də azarkeşləri Messiyə dəstək olmaqdan çəkindirməyib. Fəallar hamısı bir ağızdan “Messi getmə” şüarları səsləndiriblər.



Eyni zamanda, sosial mediyada 60 mindən çox azarkeş aksiyaya qoşulub. Azarkeşlər Messini “futbol dahisi” adlandırıblar.



"Kopa Amerika" çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun talehinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.



11 metrlik zərbələr seriyasında Messi qol vura bilməmişdi. Komandasının məğlubiyyətindən sonra Messi milli kariyerasına son qoyacağını açıqlamışdı.



Lakin, hətta, ölkə prezidenti Maurisio Marki də ona tvitter səhifəsində ona dəstəyini bildirib və Messinin milli komandada qalmasını istəyib.