» » Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı

Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı

Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı

Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. ucarliyiq.biz-in məlumatına görə, çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb. 

  

Hadisə baş verdikdən sonra rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyatı qurumlar da əraziyə gəlib.



Körpünün uçması nəticəsində  şəhərlə əlaqə  kəsildiyindən Kiş kəndinin  yuxarı hissəsində, 50 nəfər adam qalıb. Onların 20 çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. İstirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.  İnsanlar ərazidən helikopterlə təxliyyə ediliblər.



300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xəttləri sıradan çıxıb.



Aidiyyatı qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov  bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq. 


Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı

Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.



Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə  ciddi   ziyan  vurub. Ərazi  hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn  sel suları daşqına səbəb olub. Yüksəklikdə  yerləşən  dərələrdən  axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb. 



Hidrometrologiya idarəsindən onu da bildirdilər ki,  iyul 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib.


Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı

İyun ayının 11-də İsmayıllıda da yağan yağışlar fəsadlara səbəb olub. Belə ki, leysan yağışları nəticəsində 15 kəndin kommunal təchizatındə ciddi problemlər yaranıb. Bərpa işləri aparmaq üçün sel gələn çayları keçmək mümkün olmayıb. 


Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı


Yağıntıdan sonra gələn güclü sel çayların üzərindən keçən körpüləri aparıb.



İntensiv yağışın səbəb olduğu sel bir ailəyə də ziyan vurub. Rayonun Çayqovuşan kənd sakini 2004-cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparsa da xoşbəxtlikdən onun həyatını xilas etmk mümkün olub. 



Təxminən 500 hektar əkin sahəsinə ziyan dəyib.


Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı


Elə həmin gün bənzər hadisə Göyçayda da müşahidə edilib. Güclü leysan nəticəsində yaranan sel suları rayona ciddi maddi ziyan vurub. Ümumilikdə 100 hektardan çox taxıl, yonca və noxud sahəsini sel suları məhv edib. Sel suları nəticəsində 14 fərdi yaşayış evinin həyətinə də ciddi zərər dəyib.  Həmin ev sahiblərinin xırdabuynuzlu heyvanları tələf olub. Bundan başqa iki körpünü və 10 min voltluq 5 işıq dirəyini də sel suları aparıb.


Kiş kəndində sel 50 nəfəri çıxılmaz vəziyyətə saldı