» » Tovuzda gənc oğlanın faciəvi ölümü

Tovuzda gənc oğlanın faciəvi ölümü

Tovuzda gənc oğlanın faciəvi ölümü

Tovuz rayonunda 26 yaşlı gənc suda batıb. ucarliyiq.biz-in məlumatına görə, rayonun Dönük Qırıq kənd sakini, 1994-cü il təvəllüdlü Yaşar Əziz oğlu Hümbətov Qazıqulu kəndi ərazisində yerləşən Tovuz su anbarında dostları ilə çimərkən boğulub və suda yoxa çıxıb.



Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib aparılan axtarışlar nəticəsində batan gəncin meyiti batdığı yerdən 10 m aralıda aşkar edilib. Onun meyiti sudan çıxarılaraq müayinə edlidikdən sonra ailəsinə təhvil verilib.



Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Tovuzda gənc oğlanın faciəvi ölümü


Daha bir suda boğulma faktı Neftçalada baş verib. Belə ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür Qarabuçaq kəndində 1 nəfər intihar məqsədi ilə özünü Kür çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.



Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü, Məmmədova Şəfa Şakir qızının cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb. Meyit sudan çıxarılaraq təhvil verilib.