» » Tövlədə ocaq qaladı, özü və heyvanları yandı

Tövlədə ocaq qaladı, özü və heyvanları yandı

Tövlədə ocaq qaladı, özü və heyvanları yandı

Füzuli rayonunda yanğın hadisəsi baş verib. ucarliyiq.biz-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlənin dam örtüyünün 80 kv.m sahəsi və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.



Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu və ev quşları yanaraq tələf olub. Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.



ucarliyiq.biz-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yanğına səbəb ev sahibinin tövlənin içərisində ocaq qalaması olub. Hadisə zamanı ev sahibinin əli yanıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.



Faktla bağlı araşdırma aparılır.


Daha bir yanğın hadisəsi isə Salyan rayonunun Kürsəngi kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalarının 16 kv.metri və damına yığılmış 2,7 ton ot bağlamasının 800 kq, qamışdan ibarət çəpər 130 paqometr (p.m), meyvə ağacları və digər vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması və qamışdan ibarət çəpər 16 p.m yanıb. Yaxınlıqdakı tikililər, ot bağlamasının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub.