» » Ramzan Kadırov yenidən Çeçenistan başçısı olmaq istəyir

Ramzan Kadırov yenidən Çeçenistan başçısı olmaq istəyir

Ramzan Kadırov yenidən Çeçenistan başçısı olmaq istəyir

Çeçenistan Respublikasının başçısı vəzivəsini müvəqqəti icra edən Ramzan Kadırov bu il keçiriləcək prezident seçkilərinə qatılacaq. ucarliyiq.biz-in məlumatına görə, bu haqda Kadırov öz "İnstagram" səhifəsində yazıb. "Bu dəqiqə bütün müvafiq sənədləri seçki komissiyasına təqdim etdim. Namizəd olmağıma dair razılığımı verdim."


Ассаламу алайкум! По воле Всевышнего Аллаха я дал согласие на участие в выборах Главы Чеченской Республики. Только что подал все соответствующие документы в избирательную комиссию. Вручил заявление о согласии стать кандидатом. Весь пакет документов проверен и признан соответствующим требованиям. Я официально заявляю, что предстоящие выборы будут самыми честными и справедливыми в мировой практике. Я вижу свою цель в том, чтобы продолжить курс Первого Президента ЧР, Героя России Ахмат-Хаджи Кадырова, служить народу, Чеченской Республике, нашему Отечеству России! Я благодарен партии "Единая Россия" за оказанное мне высокое доверие представлять её на предстоящих выборах. #Кадыров #Россия #Чечня #Выборы

Фото опубликовано Ramzan Kadyrov (@kadyrov_95) Июл 2 2016 в 8:32 PDT

Kadırovun sözlərinə görə, sənədlər toplusu yoxlanılıb və tələblərə cavab verir. O bəyan edib ki, Çeçenistan Respublikasının ilk prezident Rusiya qəhramanı Əhməd Kadırov kursunu davam etdirərək Rusiyaya xidmət etmək istəyir. O həmçinin "Vahid Rusiya" partiyasına onu seçkilərdə təmsil etməsinə icazə verdiyinə görə təşəkkürünü bildirib. 



Ramzan Kadırovun çeçenistan Respublikasının başçısı vəzifəsində səlahiyyətləri bu ilin martında sona çatıb. Rusiya prezidenti Vladimir Putin Kadırovu növbəti seçkilərədək respublika başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. 



Çeçenistanda prezident seçkiləri sentyabrın 18-də keçiriləcək.