» » FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı

FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı

FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkinin dağlıq ərazilərinə yağan yağışlar nəticəsində Kiş çayının daşması və daşqın nəticəsində köməksiz qalan insanların xilas edilməsi barədə məlumat yayıb. ucarliyiq.biz-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 02 iyul 2016-cı il tarixində nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı


Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. 03.07.2016-cı il tarixdə 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub.



Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün xüsusi texnikalar hadisə yerində işləyir.


Ötən gün Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb. 

  

Körpünün uçması nəticəsində şəhərlə əlaqə kəsildiyindən Kiş kəndinin  yuxarı hissəsində, 50 nəfər adam qalıb. Onlardan 20 nəfər çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. 



Sel nəticəsində 300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xəttləri də yararsız vəziyyət düşüb.



İlk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq. 


FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı

FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı

FHN Şəkidəki təbii fəlakətlə bağlı məlumat yaydı