» » FHN-nin yoxa çıxan təyyarəsinin qalıqları tapıldı: 10 ölü

FHN-nin yoxa çıxan təyyarəsinin qalıqları tapıldı: 10 ölü

FHN-nin yoxa çıxan təyyarəsinin qalıqları tapıldı: 10 ölü

İki gün əvvəl İrkutsk vilayətində yoxa çıxan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarənin qalıqları tapılıb. ucarliyiq.biz-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xilasedicilər qəzaya uğrayan "İl - 76" təyyarəsinin qara qutusunu və 1 pilotun cəsədini Kaçuq rayonunda aşkarlayıblar.

 

Hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib ki, qəza yerində axtarış işləri zamanı həlak olanların cəsədlərinin fraqmentləri və "İl - 76" iki qara qutudan biri tapılıb.



"İndiyədək xilasedicilər təyyarənin 4 ekipaj üzvünün meyitini tapıblar. Əməliyyat-axtarış tədbirləri davam edir. Dağıntıların miqyasına nəzər saldıqda belə bir qənaətə gəlmək olar ki, 10 nəfərdən ibarət ekipaj üzvlərinin hamısı həlak olub", -deyə qərargahdan bildiriblər.



Hadisə ilə əlaqədar 4 iyul İrkutsk vilayətində matəm günü elan edilib.


Rusiya FHN-nin yaydığı məlumata görə, təyyarənin qəza nəticəsində tamamilə parçalanıb və yanıb: “Saat 02 radələrində (Bakı vaxtilə 03) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan təyyarə aşkarlanıb". 


FHN-nin yoxa çıxan təyyarəsinin qalıqları tapıldı: 10 ölü


İyul ayının 1-də İrkutsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "İl-76" təyyarəsi ilə əlaqə kəsilib. Təyyarə meşə yanğınlarının söndürülməsində iştirak edib.



Rusiya FHN-dən mətbuata bildirilib ki, təyyarə qatı tüstü zonasında uçuş etdikdən sonra radarlardan itib. Sonuncu dəfə təyyarə ilə 06:30-da əlaqə saxlanmalı olduğu halda bu baş verməyib.



Təyyarənin göyərtəsində olan 10 nəfərin hər birinin ekipaj üzvü olduğu deyilirdi.



İl-76 1974-cü ildən FHN invertarına daxil edilib. O, Rusiyada ən geniş yayılmış ağır hərbi-nəqliyyat təyyarəsi sayılır.



Əvvəllər sayı mindən çox olan bu təyyarələrdən  70-i istismar müddəti ərzində həm Rusiyada, həm də xaricdə itirilib.