» » İraqda baş verən terror aktında 82 nəfər dünyasını dəyişib

İraqda baş verən terror aktında 82 nəfər dünyasını dəyişib

İraqda baş verən terror aktında 82 nəfər dünyasını dəyişib

İraqın paytaxtı Bağdadın mərkəzində ard-arda iki partlayış törədilib. ucarliyiq.biz-in məlumatına görə,  baş verən partlayışlar zamanı ən azı 82 nəfər ölüb, daha 200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Reuters" agentliyi bildirib ki, partlayışdan sonra küçədə yanğın baş verib. Bundan başqa, hadisə 4 binanın ortasında baş verdiyi üçün episentrdəki binalar ciddi zədələnib və ya qismən dağılıb.

 

"Arabian Sky News" telekanalının məlumatına görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.



Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.



Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər.



İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.