» » Gürcü deputat ölkəsinin İstanbul terrorundakı izindən danışdı

Gürcü deputat ölkəsinin İstanbul terrorundakı izindən danışdı

Gürcü deputat ölkəsinin İstanbul terrorundakı izindən danışdı

İstanbulun Atatürk Hava Limanında partlayış törədənlərdən biri Əhməd Çatayev Mixail Saakaşvilinin prezident olduğu dövrdə Gürcüstan xüsusi xidmətlərinin cəsusu olub. ucarliyiq.biz-in məlumatına görə, bunu Gürcüstan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri, deputat İrakli Sesiaşvili bildirib.


Gürcü deputat ölkəsinin İstanbul terrorundakı izindən danışdı


"Əfsuslar olsun ki, Əhməd Çatayev Saakaşvilinin prezidentliyi dövründə xüsusi xidmətlərin cəsusu olub. Onda Gürcüstanın operativ passportu olub və onun vasitəsi ilə Çatayev müxtəlif ölkələrə operativ tapşırıqları yerinə yetirib və buna görə əmək haqqı alıb" - deyə Sesiaşvili bildirib.



Daha əvvəl Saakaşvili özü də "Facebook" səhifəsində yazmışdı ki, onun prezidentliyi dövründə  Çatayev Gürcüstanda həbsdə olub. "O mənin hökümətim tərəfindən, hazırda Odessa polisinə rəhbərlik edən Georgi Lordkipanidzenin başçılıq etdiyi anti-terror əməliyyatı zamanı həbs olunub. O zaman bizim 3 təhlükəsizlik əməkdaşımız həlak olmuşdu" - deyə Saakaşvili yazıb. Onun sözlərinə görə, Çatayev 2012-ci ildə azadlığa buraxılıb. 


İstanbulun Atatürk hava limanında terror aktı iyunun 28-də baş verib. Əvvəlcə 3 terrorçu- kamikadze "Kalaşnikov" avtomatlarından sərnişinlərə atəş açıb, daha sonra beynəlxalq terminalın müxtəlif hissələrində partlayıcı qurğuları işə salıblar. Terror aktı nəticəsində 45 nəfər, o cümlədən 13 xarici vətəndaş həlak olub.