» » İraqda terror qurbanlarının sayı 131 nəfərə çatdı

İraqda terror qurbanlarının sayı 131 nəfərə çatdı

İraqda terror qurbanlarının sayı 131 nəfərə çatdı

İraqın paytaxtı Bağdadda terror qurbanlarının sayı artmaqda davam edir. ucarliyiq.biz-in məlumatına görə bu gün ard-arda baş verən ardıcıl iki partlayış nəticəsində ölənlərin sayı 131 nəfər çatıb. Hadisə nəticəsində yaralananların sayı isə 160 nəfər təşkil edir.



Birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.



Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.



İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.



Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər. Partlayışlar Əl Fəlluca şəhərinin İŞİD-dən tamamilə azad edilməsi ilə əlaqələndirilir. İraqın baş naziri Heydər Abadi partlayış yerini ziyarət etdikdən sonra bildirib ki, bu terror aktı İeraq ordusunun uğurlu əməliyyatlarına cavabdır.


Daha sonra baş nazirin avtomobil karvanı hiddətlənmiş insan kütləsindən müdafiə olunmaq üçün  tələsik hadisə yerini tərk etməli olub. Sosial şəbəkələrdə əhalinin baş nazirin  maşına və cangüdənlərinə bərk cisimlər atdığı kadrlar əks olunub.