» » "009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

"009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

"009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.



ucarliyiq.biz-in məlumatına görə, Dövlət Yol Polisi əməkdaşlarının olduğu  “99 YP 734” dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə “06 - BE - 009” dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili toqquşub.



Qəza nəticəsində “99 - YP - 734” dövlət nömrə nişanlı "BMW" markalı avtomobil yararsız vəziyyətə düşüb. “Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur. 



Faktla bağlı araşdırma aparılır.


"009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

"009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

"009" nömrəli maşınla toqquşan polis maşını darmadağın oldu

Bakıda ötən gün də polis avtomobili qəza törədib. Hadisə ötən gecə Əmircan qəsəbəsində qeydə alınıb. “FİAT Doblo” markalı, 90 - AP - 597 dövlət nömrə nişanlı polis avtomobili yolu keçən piyada, 2001-ci il təvəllüdlü Ələkbər Zirəddin oğlu Əhmədovu vuraraq öldürüb.