» » Avtobus qəzası:13 zəvvar öldü

Avtobus qəzası:13 zəvvar öldü

Avtobus qəzası:13 zəvvar öldü

Səudiyyə Ərəbistanının paytaxtı  Ər-Riyad və Taif şəhərləri arasında avtobus qəzası baş verib. ucarliyiq.biz-in məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub 36 nəfər yaralanıb.



İlkin məlumatlara görə, qəza avtobus hərəkət  edən zaman ön təkərlərin partlaması səbəbindən baş verib.



Avtobusdakı sərnişinlər müqəddəs torpaqlarda Ümrə ziyarətindən qayıdan misirli zəvvarlar olub. Bildirilir ki, yorulan sürücü bir müddət sonra avtobusun idarə edilməsini oğluna verib. Bir neçə kilometr hərəkət etdikdən sonra avtobus aşıb. 


Anoloji hadisə ötən ayın əvvəlində baş verib. Sudanın şərqində zəvvarları daşıyan avtobus sistern maşını ilə toqquşub. Nəticədə 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.


Avtobus qəzası:13 zəvvar öldü


Qəza paytaxt Xartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində olduğu bildirilir.



Kiçik Həcc ziyarətinə yollanan zəvvarların Səudiyyə Ərəbistanına getdiyi qeyd olunur.