» » Məscid sel sularının altında qaldı

Məscid sel sularının altında qaldı

Məscid sel sularının altında qaldı

Pakistanın şimalında sel suları 33 nəfərin həyatına son qoyub. ucarliyiq.biz-in məlumatına görə, güclü leysan yağışları nəticəsində Çitral dairəsində yerləşən Arsun qəsəbəsi və Droş məscidini su yuyub aparıb.



Təbii fəlakət baş verən zaman məsciddə dua edən 10 nəfər həlak olub, 21 nəfər isə yaralanıb. Çoxlu sayda insan isə itkin düşüb.



Bu barədə mətbuata Çitral dairəsinin rəhbəri Mahferat Şaha bildirib. Pakistanda güclü yağışlar iyulun 2-də başlayaraq davam etməkdədir.


Bu ilin mayında da sel Pakistanda fəlakətə səbəb olub. Gilgit-Baltistan bölgəsi və Hayberpaktunhuvada sel suları insan təlafatına yol açıb. Təbii fəlakət 63 nəfərin həyatına son qoyub.


Watch video!