» » "Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub

"Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub

"Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub

"Terroçuların coğrafiyası həddindən artıq genişdir. Buna görə də hər bir dövlət əvvəl siyası arenada, daha sonra isə fiziki baxımdan polis, jandarm cəhətdən bu kimi hadisələrə əvvəlcədən hazır olmalıdır. Tək hava limanları yox, Türkiyədə, eləcə də Azərbaycanda müxtəlif alış veriş mərkəzləri, insanların kütələvi toplaşdığı məkanların mühafizəsi məsələsinə yenidən baxılmalıdır".


"Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub


Bu sözləri ANS TV-nin "Hesabat" verilişində ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev Mir Şahinin suallarını cavablandırarkən bildirib.



İyunun 28-də Türkiyənin Atatürk Hava Limanında 44 nəfərin həlak olması, 230 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi barədə danışan Vahid Musatafayev terror baş verən zaman Türkiyədə müəyyən çaşqınlığın meydana gəldiyini və bir televiziya olaraq ANS-in Azrbaycan tamaşaçıları ilə yanaşı Türkiyə auditoriyasını tam yerindən alınmış məlumatlarla təmin etdiyini qeyd edib.


"Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub


"Bu terror hadisəsi bayağı hazırlanmış aksiyaya bənzəyirdi. 3 qeyri-peşəkar insan aeroporta girməyə və orada terror hadisəsi reallaşdırmağa çalışır. Burada həm Atatürk Hava Limanı polisinin peşəkarlığından, həm də aeroportun mühafizəsindəki zəiflikdən danışmaq olar. Hava limanı ərazisinə daxil olan sərnişinlərin təhlıükəsizliyinin təmin eilməsi üçün bütün tədbirlər görülür. Amma 11 ayda 10 dəfə terror hadisəsinə şahid olan bir ölkə düşünməli idi ki, bu aeroporta gedən yolları da diqqətdə saxlamaq lazımdır", - deyən Vahid Mustafayev hadisə yerindən videoları izlədiyini və terror hadisələrini törədənlərin 7 nəfər olması versiyasını daha doğru hesab etdiyini əlavə edib. 


"Hesabat"ın qonağı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olub


Hərbi repartyor terrorçuların üzərindəki bombanın da uzaqdan idarə olduğu fikrində olduğunu bildirib.



ANS Şirkətlər Qrupunun rəhbəri insanların kütləvi toplaşdığı ərazilərin daha ciddi mühafizə olunmasının vacibliyini vurğulayıb.