» » "Hesabat"ın qonağı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı olub

"Hesabat"ın qonağı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı olub

"Hesabat"ın qonağı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı olub

Bu gün Azərbaycanın bank sektorunda izafi likvidlik hiss olunur.



Bu barədə ANS TV-inin "Hesabat" verilişində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Mir Şahinin suallarını cavablandırarkən bildirib.



“Bütün normalara görə bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq vəsait var. Əgər banklar o kreditləri vermirlərsə, deməli, öz mənfəətlərindən imtina edirlər”,- deyə Rüfət Aslanlı vurğulayıb.



Onun sözlərinə görə, kreditlər ödəmə qabiliyyətli, rentabelli layihələrə verilməlidir: “Bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin omalıdırlar”.



Rüfət  Aslanlı bildirib ki, I rübün yekunlarına görə, bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli olub, istehlak kreditləri isə yalnız 27 faiz təşkil edib: “Bu kreditlərin bir qismi xarici investorların Azərbaycan həyata keçirdiyi layihələr çərçivəsində verilmiş və ya bu layihələr əlavə olaraq ödənmiş dövriyyə vəsaitləri ola bilər”.