» » 1/4 finalda Fransa fırtınası əsdi

1/4 finalda Fransa fırtınası əsdi

1/4 finalda Fransa fırtınası əsdi

"Avro-2016"nın 1/4 final mərhələsi çərçivəsində İslandiya və Fransa yığma komandaları üz-üzə gəlib. Ev sahibi fransızlar Şimaldan olan rəqiblərinə aman verməyib.



ucarliyiq.biz-in məlumatına görə, Sen-Denidəki "Stad de Frans" stadionunda Fransa yığması 1/4 finalda İngiltərəni məğlub edərək böyük sensasiyaya səbəb olan İslandiya millisi ilə üz-üzə gəlib.


1/4 finalda Fransa fırtınası əsdi


Oyuna sürətli hücumlarla başlayan fransızlar matçın 12-ci dəqiqəsində istəklərinə çatıblar. Bleyz Matuidinin İslandiya yığmasının müdafiə xəttinin arxasına uzun ötürməsindən sonra zərbə mövqeyinə çıxan Oliver Jiru topu qapıya göndərib – 1:0.



İslandiyalılar bu qoldan sonra özlərinə gəlməmiş qapılarında ikinci topu görüblər. Matçın 20-ci dəqiqəsində Antuan Qrizmanın yerinə yetirdiyi künc zərbəsindən sonra Pol Poqba topu başla qapıdan keçirib – 2:0.



Qarşılaşmanın 43-cü dəqiqəsində Antuan Qrizmanın ötürməsindən sonra Dmitri Payet üçüncü topu İslandiyalıların qapısından keçirib.


1/4 finalda Fransa fırtınası əsdi

Bu da birinci hissədə sonuncu qol olmayıb. Matçın 45-ci dəqiqəsində qapıçı ilə təkbətək qalan Antuan Qrizman topu Halldorssonun başı üzərindən tora göndərməklə ilk hissədə İslandiya yığmasının darmadağınını rəsmiləşdirib – 4:0.



Fasilədən sonra irəli atılan islandiyalılar buraxdıqları qollardan birinin əvəzini çıxıblar. Oyunun 56-cı dəqiqəsində İslandiya yığmasının sağ cinahdan başladıqları hücumda Siqurdssonun ötürməsindən sonra Siqtorsson topu qapıya göndərib.



Yalnız fransızların bu qola cavabı özünü çox gözlətməyib. İki dəqiqə sonra Payetin rəqibin cərimə meydançasına ötürməsindən sonra qapıçının səhvindən istifadə edən Oliver Jiru özünün ikinci, komandasının isə beşinci qolunu vurub – 5:1.



Oyunun sonuna doğru təzyiqləri artıran islandiyalılar ikinci topu fransızların qapısından keçiriblər. Cərimə meydançasına ötürməni Byarnason başla dəqiq tamamlayıb – 5:2.


Bundan sonra Fransa millisi yarımfinalda Almaniya yığması ilə üz-üzə gələcək. Həmin yarımfinal qarşılaşması iyulun 7-də Marseldəki “Velodrom” stadionunda keçiriləcək. İyulun 6-da Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda isə Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaq.