» » Mənzildə meyit aşkar edildi

Mənzildə meyit aşkar edildi

Mənzildə meyit aşkar edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.



ucarliyiq.biz-in FHN-nin elektron portalına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi aşkar edib, vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:32-də başa çatıb.


Sonuncu dəfə oxşar hadisə Bakının Səbail rayonunda yaşanıb. 76 yaşlı şəhər sakininin yaşadığı evdə meyiti aşkarlanıb. Mənzildə 1940-cı il təvəllüdlü Məmmədova Anna Andreyevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.



Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər yaşayış evinin qapısını açıb və M.Annanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.