» » Futbol matçından əvvəl partlayış oldu

Futbol matçından əvvəl partlayış oldu

Futbol matçından əvvəl partlayış oldu

Paris şəhərində stadion ətrafında partlayış olub. Fransa və İslandiya oyunundan əvvəl duyulan partlayış səsi insanlarda təşvişə səbəb olub.



ucarliyiq.biz-in "Daily Mail" elektron nəşrinə istinadən verdiyi məlumata görə, 1/4 final oyunundan öncə matçın baş tutacağı "Stad de France" stadionunun ətrafında maşın partladılıb. Hadisə paytaxt polisinin nəzarəti altında baş verib.


Paris jandarmları stadionun yanında şübhəli minik avtomobili aşkar edib. Yoxlama keçirdikdən sonra maşının partladılmasına qərar verilib. Dinc sakinlər ətrafdan uzaqlaşdırılıb.



Partlayışdan sonra aparılan araşdırmalar nəticəsində maşında heç bir təhlükəli qalığa rast gəlinməyib. "Avro-2016"da terror təhlükəsinin olacağını söyləyən prezident Fransua Olland beynəlxalq tədbir öncəsi təhlükəsizlik tədbirlərini xeyli gücləndirib.