» » Müsəlman dövlətində matəm

Müsəlman dövlətində matəm

Müsəlman dövlətində matəm

İraqın paytaxtı Bağdadda, əsasən şiələrin yaşadığı bölgədə baş verən partlayışlarla əlaqədar ölkədə üç günlük matəm elan edilib.



ucarliyiq.biz-in "Reuters"ə istinadən verdiyi məlumata görə, İraqın Baş naziri Heydər əl-Abadi hadisənin baş verdiyi, şiələrin yaşadığı rayona gələrək sakinlərlə görüşüb, onlara başsağlığı verib.



İŞİD terror qruplaşması tərəfindən törədilən iki partlayış nəticəsində ən son məlumata görə 126 nəfər həlak olub, 185 nəfər yaralanıb.


Ümumilikdə bu ilin ötən dövründə - fevralın 28-dən iyunun 9-dək olan müddətdə İŞİD tərəfindən İraqda törədilən 7 terror aktı nəticəsində ümumilikdə 340-dan insan həlak olub. İyulun 3-də törədilən terror aktı ölən və yaralananların sayına görə əvvəlki partlayışlardan daha ağır tələfata nəticələnib.


Müsəlman dövlətində matəm