» » Hemilton Bakı halqasının qisasını aldı

Hemilton Bakı halqasının qisasını aldı

Hemilton Bakı halqasının qisasını aldı

"Formula-1" yarışları üzrə Dünya çempionatının növbəti mərhələsi arxada qalıb. Avstriya Qran-Prisinin sonunda yenə də qələbəyə sevinən mersedes pilotu oldu.



ucarliyiq.biz-in məlumatına görə, 71 dövrəlik Avstriya Qran-prisini "Mersedes" pilotu Luis Hemilton qazanıb. Dumanlı Albion təmsiçisi ən yaxşı dövrəni qazanaraq sonadək liderlər qrupunda mübarizəni davam etdirib.



Ötürücülər qutusundakı dəyişikliklərə görə yarışın təşkilatçıları Hemiltonun komanda yoldaşı Niko Rozberqi və "Ferrari"də çıxış edən Sebastyan Fetteli cərimələyiblər. Nəticədə Rozberq yürüşə 6-cı, Fettel isə 9-ci sıradan başlayıb.



Niko tezliklə itkiləri qaytararaq Hemiltonla birincilik uğrunda başabaş müarizəyə girişib. Fettel isə təkərləri yiyildiyindən qəzaya uğrayaraq liderlər savaşından aralanmalı olub. "Mersedes" pilotları finişə 3 dövrə qalmış qalibin kimliyi məsələsinə aydınlıq gətiriblər. Nəticədə Luis Hemilton bolidini zədələyən Niko Rozberqi qabaqlayaraq Avstriya Qran-prisinin qalibi adını qazanıb. Birinciliyi itirən Niko isə bu hələ azmış kimi Ferstappeni və Raykkoneni də özündən irəli buraxaraq finişə dördüncü çatıb. Bir həftədən sonra Formula-1 pilotları Böyük Britaniyanın əfsanəvi Silverstoun trasında bolidlərini şütüyəcəklər.