» » Atatürk hava limanında ikinci terror qorxusu

Atatürk hava limanında ikinci terror qorxusu

Atatürk hava limanında ikinci terror qorxusu

Ötən həftə 44 nəfərin ölümünə səbəb olan Atatürk hava limanında törədilən terror aktının üzərindən bir həftə keçməmiş hava limanı əməkdaşları yenidən həyəcan yaşayıblar. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hava limanında iki İŞİD terror təşkilatı ilə əlaqədə olduğu güman edilən şəxs saxlanılıb. 


Atatürk hava limanında ikinci terror qorxusu


Qırğızıstan və Rusiya pasportları olan 25-35 yaşlı iki kişi İstanbula Ukraynadan gəliblər. Hava limanı polisi adı açıqlanmayan şəxslərdən şübhələnib və onları saxlayıb. Axtarış zamanı onların çantalarından 4 termal durbin, 3 hərbi kamuflyaj geyimi, başqa şəxslərə aid pasportlar və doğum haqqında sənədlər tapılıb. 



Şübhəlilərin İŞİD üzvü olduğu ehtimal edilir. Onlar polis nəzarətinə götürülüblər. 



Atatürk hava limanında terror aktı iyun ayının 28-də axşam saatlarında törədilib. "Kalaşnikov"la silahlanmış 3 nəfər hava limanına girərək atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar. 



Terror aktı nəticəsində 44 nəfər ölüb, iki yüzdən artıq insan isə yaralanıb. Ölkə rəhbərliyi hadisəni İŞİD-in törətdiyini bildirib. 


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen
Saakaşvili İstanbul terrorunda Gürcüstanı ittiham etdi
ANS TV-nin partlayış yerindən reportajı