» » Şəmkirdə 60 yaşlı balıqçının hüznlü sonu

Şəmkirdə 60 yaşlı balıqçının hüznlü sonu

Şəmkirdə 60 yaşlı balıqçının hüznlü sonu

Azərbaycanda balıq tutmaq istəyən kişi suda boğularaq ölüb. Hadisə Şəmkir rayonunda baş verib. Fövqəladə Hallar Nazirliyindən ucarliyiq.biz-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Yenikənd su anbarında 1 nəfər balıqçının batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 



Aparılan əməliyyata-axtarış tədbirləri nəticəsində su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralı, nəzarətsiz ərazidə) balıq tutarkən boğulmuş 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlunun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb. Meyit sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.



Ümumiyyətlə son günlər suda boğulma hallarında nəzərə çarpacaq dərəcədə artım müşahidə edilir. Sonuncu belə hadisə ötən gün Tovuz rayonunda baş verib. Rayonun Dönük Qırıq kənd sakini, 1994-cü il təvəllüdlü Yaşar Əziz oğlu Hümbətov Qazıqulu kəndi ərazisində yerləşən Tovuz su anbarında dostları ilə çimərkən boğulub və suda yoxa çıxıb.



Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib aparılan axtarışlar nəticəsində batan gəncin meyiti batdığı yerdən 10 m aralıda aşkar edilib. Onun meyiti sudan çıxarılaraq müayinə edlidikdən sonra ailəsinə təhvil verilib.