» » Gəlin toy günü suda boğuldu

Gəlin toy günü suda boğuldu

Gəlin toy günü suda boğuldu

Rusiyada toy zamanı faciə baş verib. ucarliyiq.biz-in məlumatına görə, gəlin öz toyunda suda boğularaq ölüb. 



Hadisə Moskva ətrafında, Klyazminsk su anbarının ərazisində baş verib. Yeni evli cütlük dostları və yaxınlarının müşayiəti ilə toylarını qeyd etmək üçün anbarın kənarına gəliblər. Onlar axşama kimi yeyib-içiblər. Axşam saatlarında isə gənclər üzməyə qərar veriblər. Onlar üzərək bir sahildən gdigərinə küçmək niyyəti ilə suya giriblər. 



Gəlin rəfiqəsi ilə yan-yana üzüb. Lakin sahidən bir neçə metr aralandıqdan sonra qəfildən baatmağa başlayıb və suyun dibinə gedib. Rəfiqəsi cəhd etsə də, onu xilas edə bilməyib. 



Qonaqlar və bəydə dərhal onlar olan yerə üzüblər. Lakin qadını tapmaq mümkün olmayıb və hadisə yeroinə xilasedicilər çağırılıb. 32 yaşlı gəlinin meyitini səhər saatlarında sudan çıxarmaq mümkün olub. 



Qeyd edək ki, adıçəkilən su anbarında üzməyin qadağan edilməsi barəxə nişanlar qoyulsa da, onlara əhəmiyyət verən yoxdur.