» » "Real" 18 yaşlı ulduzu transfer etdi

"Real" 18 yaşlı ulduzu transfer etdi

"Real" 18 yaşlı ulduzu transfer etdi

"Real" heyətinə 18 yaşlı futbolçu qatıb. ucarliyiq.biz-in məlumatına görə, "Kral Klubu" paraqvaylı hücumçu Serxio Diazı transfer edib.



Məlumata görə, artıq tərəflər arasında anlaşma əldə olunub. "Real" 18 yaşlı forvarda görə klubu "Serro Porteno"ya 5 milyon avro ödəyəcək. Daha bir milyon avro isə onun qazanacağı uğurlara görə gələcəkdə ödənə bilər. Futbolçu 5 illik müqavilə imzalayacaq və bir müddət "Kral Klubu"nun ikinci komandası olan "Real Kastilla"da forma geyinəcək.


"Real" 18 yaşlı ulduzu transfer etdi

"Real" 18 yaşlı ulduzu transfer etdi


"Yeni Aquero" adlandırılan futbolçu "Serro Porteno"nun əsas heyətinə 2014-cü ildə yüksəlib. İndiyədək 70 rəsmi oyuna çıxan Serxio Diaz 16 qol vurub.



"Real"ın əzəli rəqibi "Barselona"nın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Kataloniya klubu "Ayaks"ın gənc ulduzu Donni Van de Beeki hədəfə alıb. Donni Van de Beek "Ayaks"ın yetirməsidir. "Transfermarkt"ın 1 milyon avro qiymət qoyduğu 19 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündə "Ayaks"ın əsas heyətində 10 oyun (1 qol), gənclər komandasında 13 oyun (2 qol), U-19 komandasında 6 oyun (2 qol) keçirib. O, Hollandiyanın U-19 millisinin üzvüdür.