» » Bakıda 22 yaşlı qız mağazada öldürüldü

Bakıda 22 yaşlı qız mağazada öldürüldü

Bakıda 22 yaşlı qız mağazada öldürüldü

Bakıda qətl hadisəsi baş verib. Bakı Şəhər Prokurorluğundan ucarliyiq.biz-ə verilən məlumata məlumata görə, hadisə Nəsimi rayonu ərazisindəki mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev aralarında yaranan münaqişə zəminində tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqlayaraq qətlə yetirib.



Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 55 yaşlı Vidadi Qarayev tutularaq istintaqa cəlb edilib.



Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Azərbaycanda sonuncu qətl hadisəsi bir neçə gün bundan əvvəl Göyçay rayonunda qeydə alınıb. Şəhərin Heydər Əliyev küçəsi 24 saylı mənzildə yaşayan 1963-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu Kərimov yaşadığı evdə Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Sərxan Süleymanov tərəfindən qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində qətli törədən 25 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.



Araşdırma zamanı bəlli olub ki, gənc əslində başqa adamı öldürməyi planlaşdırıbmış. Belə ki, 25 yaşlı gəncin bacısı iki ay əvvəl şəhərin Hüseynbala Əliyev küçəsində O.Quliyev adlı bir şəxsə qoşularaq qaçıb. Bir müddət birlikdə yaşayan cütlüyün münasibətləri daha sonra pozulub və onlar tez-tez dalaşıb.



Sərxan Süleymanov isə bacısının “qəlbini qıran” kişini cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, Göyçaya gəlib, lakin küçələrin adını səhv salıb. Nəticədə o, H.Əliyev küçəsindəki Cəbrayıl Kərimovun evinə girib və ona yatdığı yerdə 19 bıçaq zərbəsi endirib.