» » Avtovağzal bayrama görə qrafiki dəyişir

Avtovağzal bayrama görə qrafiki dəyişir

Avtovağzal bayrama görə qrafiki dəyişir

Ramazan bayramı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir. ucarliyiq.biz-in məlumatına görə, qrtıq bayram günləri ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı əlavə avtobuslar ayıracaq. 



Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının ucarliyiq.biz-ə verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzalı iyulun 4-dən 8-ə kimi qrafikində dəyişiklik edəcək. 



Bayramla əlaqədar xəttə çıxarılan avtobusların sayı artırılacaq: “Adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 600 reys təşkil edilir. Ehtiyatda əlavə olaraq, 200 avtobus saxlayacağıq. Ehtiyac olarsa, həmin avtobuslar da xəttə buraxılacaq". 


Avtovağzal bayrama görə qrafiki dəyişir


Qurum rəsmisi sərnişinlərə biletlərlə problem yaşamamaları üçün avtovağzala bir neçə saat öncə müraciət etmələrini xahiş edib. Onun sözlərinə görə, hər bayramda rayonlara gedənlərin sayı çox olduğundan sərnişinlər narazılıqlar yaşayırlar.



"Azərbaycan Dəmir Yolları" Ramazan Bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçir. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Avtovağzal bayrama görə qrafiki dəyişir

Şəfa Mehmanqızı iyul ayının ortalarından avtovağzaldan Bakı-Batumi istiqamətində avtobusların fəaliyyətə başlayacağını da bildirib. Onun sözlərinə görə, bu istiqamətdə biletlərin qiyməti böyüklər üçün 25 manat, uşaqlar üçün isə həmin qiymətin 50%-ni təşkil edəcək.  



Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dur.