» » Misir aviaşirkəti Bakıdan uçuşları dayandırdı

Misir aviaşirkəti Bakıdan uçuşları dayandırdı

Misir aviaşirkəti Bakıdan uçuşları dayandırdı

Bakıdan Misirə uçuşlar təxirə salınıb. ucarliyiq.biz-in məlumatına görə, Misirin çarter aviaşirkəti "Air Cairo" Bakı-Şarm-əş-Şeyx marşrutu üzrə uçuşları müqəvvəti dayandırıb.



Şirkət nümayəndəliyindən verilən məlumata görə, reyslərin dayandırılmasının səbəbi bu istiqamətdə təlabatın zəif olmasıdır. Uçuşlar yenidən avqustun 1-dən bərpa olunacaq. 



Bakı-Şarm-əş-Şeyx reysinə hər iki tərəfə A320 təyyarəsi ilə uçuş biletinin qiyməti 300 dollardır (462 AZN - red.)



Bakıdan Şarm-əş-Şeyxə çarter reysləri bir neçə il bundan əvvəl fəaliyyət göstərib, lakin sonradan uçuşlar dayandırılıb.