» » Sərhəddə 206 milyon dollarlıq narkotik çıxarmaq istəyənlər tutuldu

Sərhəddə 206 milyon dollarlıq narkotik çıxarmaq istəyənlər tutuldu

Sərhəddə 206 milyon dollarlıq narkotik çıxarmaq istəyənlər tutuldu

Avstraliya hökuməti 8 nəfərdən 206 milyon dollar dəyərində 275 kiloqram narkotik maddə olan metamfetamin aşkarlayıb. ucarliyiq.biz-in məlumatına görə, Avstraliyanın immiqrasiya və sərhəd mühafizəsi nazirliyinin əməkdaşları narkotik maddələri yüklərin daşınması üçün nəzərdə tutulan konteynerin saxta döşəməsində tapıb. Faktla bağlı 7 Avstraliya vətəndaşı və bir malaziyalı həbs edilib.


Sərhəddə 206 milyon dollarlıq narkotik çıxarmaq istəyənlər tutuldu


"Saxlanılanlardan 3-ü narkotik maddələrin daşınmasında kommersiya qaydalarını pozmaqda, 5 nəfər isə satış məqsədi ilə külli miqdarda metamfetaminin gətirilməsində ittiham edilir", - deyə hüquq-mühafizə orqanlarından bildirilib. O da əlavə edilib ki, onları ömürlük həbs cəzası gözləyir.



Avstraliya polisi həmçinin onu da bildirib ki, onlara cinayətkarların tutulmasında Çin hökuməti yaxından kömək edib. Hər iki ölkə metamfetamin qaçaqmalıçılığına qarşı ciddi mübarizə aparır.


Ötən ayın əvvəlində isə Azərbaycandan keçirilən heroin Gürcüstanda tutulub. Gürcüstanın Batumi limanının gömrük xidməti əməkdaşları içərisində 2013 kiloqram heroin gizlədilmiş TIR saxlayıblar. 



Araşdırma zamanı məlum olub ki, içərisində heroin olan yük maşını İrandan Hollandiyaya Azərbaycan, Gürcüstan və Ukraynadan keçməklə gətirilib.