» » AZAL-dan xəbərdarlıq - 3 saat tez gəlin

AZAL-dan xəbərdarlıq - 3 saat tez gəlin

AZAL-dan xəbərdarlıq - 3 saat tez gəlin

AZAL-ın Bakıdan uçan sərnişinlərinin nəzərinə. Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyyə edir.



AZAL-dan ucarliyiq.biz-ə verilən məlumata görə, bundan başqa, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının  (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır.



Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.



Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq: (+99412) 598-88-80 və ya *8880, və yaxud da callcenter@azal.az e-mailinə yazmağınız xahiş olunur.



Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə aşağıdakı telefon nömrəsi vasitəsilə zəng edərək müəyyənləşdirmək mümkündür : (+99412) 497-27-27.