» » Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Xudaverdiyev sərhəddə tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Emil Xudaverdiyevin (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ucarliyiq.biz xəbər verir ki, ötən il iyulun 24-ü saat 13 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanın qarşında yerləşən istirahət parkında Emil Xudaverdiyev Gürcüstan vətəndaşı Zviad Kençoşvili ilə təsadüfən rastlaşıb və birlikdə pivə içdikdən sonra “Koroğlu” metrostansiyasının yaxınlığına gəliblər. 

Sərxoş vəziyyətində olan Zviad Emillə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etməyi barədə əxlaqsız təklif edib. Bundan hiddətlənən sonuncu qisas məqsədilə, mişar daşı ilə Kençoşvilinin başına və bədəninə dəfələrlə zərbələr endirib və onu köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən qaçıb. Kençoşvilininin meyiti Nizami RPİ-nin əməkdaşları tərəfindən aşkar olunaraq, məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya şöbəsinə göndərilib. Fakta görə ilkin olaraq rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, qısa müddət ərzində mərhumun şəxsiyyəti atdınlaşdırılıb. 

Səhərisi gün hadisəni törədən əvvəllər məhkum olunmuş Emil Xudaverdiyev respublikadan qaçmaq istəyərkən Gürcüstan sərhədində, Qazax rayonunda tutularaq, istintaqa təqdim edilib.

Məhkəmə prosesində Emil Xudaverdiyev ittiham üzrə özünü təqsirli bilərək, Zviad Kençoşvilini öldürmək istəmədiyini bildirib. Onun sözlərinə görə, hadisə günü axşam saat 18 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında parkda oturub pivə içdiyi zaman, ona yaxınlaşan naməlum şəxs rus dilində pivə içməsini təlif edib. 

Ünsiyyət vaxtı onun gürcü olduğunu bilib. Bir-iki bokal pivə içdikdən sonra Zviad avtovağzala getmək istədiyini, lakin yolu tanımadığını bildirib. Buna görə Emil “20 Yanvar” metrostansiyasına qədər onu yola salacağını deyib. Sərnişin avtobusu ilə “Koroğlu” stansiyasına gəliblər, orada həmin şəxsin istəyi ilə kafedə yenə də pivə içiblər. Bir qədər sonra Zviad ona ədəbsiz təklif etməyə başlayıb.Bundan qəzəblənən Xudaverdiyev onu körpünün altına gətirib: 

" Onu etdiyi təklifə görə cəzalandırmaq istədim. Əlmə keçən mişar daşının bir hissəsi ilə onun başına zərbə vurdum. O, qışqıraraq, əlləri ilə başını tutdu və ünvanıma ağır ifadələr işlədib. Daha da qəzəbləndim, həmin daş parçası ilə gürcünün başına  əlavə bir neçə zərbə endirdim. Ətrafa nəzər yetirib, gördüm ki heç kim yoxdur. Nəbzini yoxladım və hiss elədim ki, nəfəsi gəlmir. Çox həyəcanlı idim, buna görə hadisə yerindən qaçdım”.

Məhkəmə iclasında prosesə sədrlik edən hakim Gürcüstanın Azərbaycandakı səfirliyindən gələn məktub elan edib. Məktubda qətlə yetirilən Zviad Kençoşvilinin hüquqi varisinin səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsi bildirilib, o təqsirləndirilən şəxsdən şikayəti olduğunu və məhkəmədən ona ağır cəza verilməsini istəyib.

Son sözlə məhkəməyə müraciət edən E.Xudaverdiyev əməlindən peşman olduğunu və cinayəti mərhumun əxlaqsız hərəkətləri nəticəsində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

Gürcüstan vətəndaşını intim təklifə görə öldürən şəxsə ağır cəza – FOTO

C.H.