» » Rusiya neft hasilatını rekord həddə çatdırır

Rusiya neft hasilatını rekord həddə çatdırır

Rusiya neft hasilatını rekord həddə çatdırır

Rusiya Avropada rəqabəti artırmaq üçün xam neft ixracatını 2016-cı ildə rekord həddə çatdırır. ucarliyiq.biz-in məlumatına görə, ilin ilk yarısında 2015-ci ilin analoji dövrü ilə müqayisədə ixracat 4.9% artaraq sutkada 5.55 milyon barelə çatıb.



Rusiya energetika nazirliyindən bildirilib ki, iyun ayında hasilat sutkada 1.14% artaraq 10, 843 milyon barelə çatıb. Bununla da analitiklər neft hasilatının 2014-cü ildən bu günədək hər ay müntəzəm olaraq artmasını müşahidə ediblər.


Rusiya neft hasilatını rekord həddə çatdırır


Öz növbəsində İran da sanksiyaların aradan qaldırılmasından sonra Avropadakı müştərilərini geri qaytarmaq üçün neft ixaracatını maksimal həddə çatdırmağı planlaşdırır.
Sanksiyalar aradan qaldırılandan sonra İranın neft ixaracatı sutkada 2.1 milyon barelə çatıb. 


Rusiya neft hasilatını rekord həddə çatdırır

Bu ilin fevralında Rusiya, Səudiyyə Ərəbistanı, Venesula, Qətər  digər ölkələr də razılaşacağı təqdirdə neft hasilatının yanvar ayındakı səviyyədə dondurulması haqqında təklif irəli sürüb.