» » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi içtimaiyyətə müraciət etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi içtimaiyyətə müraciət etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi içtimaiyyətə müraciət etdi

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğularını davam etdirir. İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün sorğuda aşağıdakı suallara dair təkliflərin verilməsi xahiş olunur: 



1.      Azərbaycan Respublikasının gömrük qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?



2.      Əmək və miqrasiya qanunvericiliklərində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?



3.      Sosial müdafiə ödənişləri sistemində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?



Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir.



Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında bu link vasitəsilə çatdırmaq mümkündür.