» » Çeçen prezident pəhlivanlıq etdi

Çeçen prezident pəhlivanlıq etdi

Çeçen prezident pəhlivanlıq etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Bu dəfə prezident çəkisi yüz kq-la ölçülən yolsuzluq avtomobil (cip) ilə gücünü sınayıb.



ucarliyiq.biz-in məlumatına görə, respublika prezidenti Ramzan Kadırov cipi yerindən tərpədib. Ölkə başçısı çətinlik çəkmədən ağır avtomobili irəli-geri hərəkət etdirib.



Bu sınağın videosu sosial şəbəkələrdə yayılıb. Əks-səda doğuran video Rusiyanın "NTV" kanalında da yayımlanıb.



R.Kadırov idmana olan marağı ilə seçilir. O, tez-tez "İnstagram" səhifəsində idman zallarında videolar paylaşaraq hər kəsi sağlam həyat tərzi keçirməyə çağırır. 



Ramzan Əhmədoğlu Kadırov 5 Oktyabr 1976-ci ildə, Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olub.



Prezident olmadan əvvəl baş nazirlik vəzifəsini icra edib. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərib, İkinci Rus - Çeçen müharibəsində isə Rusların yanında iştirak edib.



Bu və bu cür davranışlara görə ona, 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir. Kadırov evli və beş uşaq atasıdır.