» » Rusiyada Qaspar Noenin “Məhəbbət”ini qadağan etdilər – VİDEO

Rusiyada Qaspar Noenin “Məhəbbət”ini qadağan etdilər – VİDEO

Rusiyada Qaspar Noenin “Məhəbbət”ini qadağan etdilər – VİDEO

“Filmdə çoxsaylı pornoqrafik xarakterli səhnələr yer alır”.

Rusiyanın Mədəniyyət Nazirliyi argentinalı rejissor Qaspar Noenin “Məhəbbət” filminə prokat vəsiqəsi verməkdən imtina edib, səbəb filmdə pornoqrafik səhnələrin olmasıdır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə nazirlikdən “Rossiya seqodnya” agentliyinə məlumat veriblər.

“Qərar “Məhəbbət” filminin çoxsaylı pornoqrafik xarakterli səhnələrlə zəngin olması ilə qəbul edilib”, - nazirlikdə bildiriblər.

Noenin filminin Rusiyada prokatını “Premium film” şirkəti həyata keçirməyə hazırlaşırdı. Bu şirkət filmin sentyabrın 3-dən kinoteatrlarda ekrana çıxacağını elan etmişdi. Prokata isə flmin daha yumşaq versiyasının çıxacağı gözlənilirdi.

İlk dəfə Qaspar Noenin “Məhəbbət” filmi 2015-ci ilin may ayında Kann festivalında göstərilib. Bundan başqa iyunda filmi 37-ci Beynəlxalq Moskva kinofestivalında müsabiqədənkənar göstəriblər.

Qaspar Noe 2002-ci ildə Monika Beluççi və Vensan Kasselin çəkildiyi “Dönməzlik” filmi ilə məşhur oldu.

Filmdə Monika Belluçinin canlandırdığı qəhrəmanın doqquz dəqiqəlik zorlanma səhnəsi kinoda ən realistik səhnələrdən biri hesab edilir.