» » Ay görünmədi, Ramazan bir gün uzandı

Ay görünmədi, Ramazan bir gün uzandı

Ay görünmədi, Ramazan bir gün uzandı

Dünya Ramazan bayramına hazırlaşır. Bəzi ölkələr bu gün bayram etsə də, bir qism bu gün Ramazan ayının son günün yaşayır. ucarliyiq.biz-in məlumatına görə, bayaram ayın görünməsindən asılı olaraq qeyd edilir. 



Bayram ərəfəsində Taylandda qəribə hal yaşanıb. Ölkənin şeyxülislamlıq iddarəsi daha öncə bayramın iyulun 5-nə təsadüf edəcəyini açıqlamışdı. 



Bu gecə verilən açıqlamada isə ayın görünmədiyi və bayramın iyulun 6-na keçirildiyi bildirilib. Taylandda yaşayan 8 milyondan çox müsəlmanı birləşdirən idarə hər il Ramazanla bağlı fətva verir. 



Aparılan araşdırmalardan və müşahidələrdən sonra bu ölkədə Ramazan ayı bir gün uzanmış olub.