» » Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi

Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi

Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi

Sumqayıtda özəl klinikalardan birində burun-boğaz əməliyyatından sonra dünyasını dəyişən Arzu Qurbanlının ekspertizasının rəyi açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, aparılan ekspertiza nəticəsində körpənin ölüm səbəbi aspirasiya, mədə möhdəviyyatı ilə əlaqədardır.


Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi


"Damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan qusma olub, nəticədə qusuntu kütlələri udulub. Buna qusuntu kütlələrinin aspirasiyası deyilir. Qusma zamanı kütlələr uşağın tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib".


Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi


Qurumdan bildirdilər ki, proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhdəviyyatı ilə dolmuş olub.



4 yaşlı Arzu Qurbanlı Sumqayıtda özəl klinikalardan birində iyulun 1-də burun-boğaz əməliyyatı olunub. Əməliyyatdan bir neçə saat sonra balaca qız dünyasını dəyişib. Həkim uşağın ölümündə günahkar olmadığını desə də, valideynlər övladının ölümündə məhz həkimi günahkar hesab edirlər.


Sumqayıtda əməliyyat edilən 4 yaşlı Arzunun ölüm səbəbi bilindi