» » Ərdoğandan rus dilində təbrik

Ərdoğandan rus dilində təbrik

Ərdoğandan rus dilində təbrik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib. ucarliyiq.biz-in məlumatına görə, Ərdoğan bu barədə “Twitter” hesabında təbrikini paylaşıb.



Ərdoğan Ramazanın türk milləti başda olmaqla bütün insanlıq üçün sevgi, sülh və qardaşlığa vəsilə olmasını diləyib. Türkiyə prezidenti Rəcəb Ərdoğan müqəddəs ayın sonunu Ramazanı qeyd edən bütün dünya müsəlmanlarını onların ana dilində təbrik edib. Təbriklər arasında Rusiyada yaşayanan müsəlmanlar da yer alıb.


Ərdoğandan rus dilində təbrik

Ərdoğandan rus dilində təbrik


"Bizlər bayramların ruhunu, bayramların vəsilə qatdığı qardaşlıq duyğusunu uzun əsrlər boyu içinə sindirmiş böyük bir mədəniyyətin təmsilçiləriyik",- deyə Ərdoğan bildirib. Bundan başqa Ərdoğanın “Twitter” hesabında kürd, ərəb, fars, bosniya, alban, alman, ispan və fransız dillərində təbriklər yerləşdirilib.



Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan bayramı ilə əlaqədar küçələrə çıxıb. Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə bayaram namazı qılıblar. Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib və birgə bayram namazı qılınıb. Bayram tədbiri sakit şəkildə heç bir insident yaşanmadan başa çatıb. Moskva məscidində bayram namazında 60 mindən çox insan iştirak edib. Müsəlmanlar həm məscidin daxilində, həm də həyətində toplaşıblar. 


Ərdoğandan rus dilində təbrik


Bu arada Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Putin təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir", - deyə Putin təbrikində deyib.


Ərdoğandan rus dilində təbrik


O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər.



Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər".