» » Heyvanların dincəldiyi Nabran çimərlikləri

Heyvanların dincəldiyi Nabran çimərlikləri

Heyvanların dincəldiyi Nabran çimərlikləri

Xəzər dənizinin sahilində yerləşən Xaçmazın məşhur Nabran çimərliklərinin vəziyyəti heç də ürəkaçan deyil. ucarliyiq.biz-in məlumatına görə, bu ərazinin özəl çimərliklərində xüsusi abadlıq və təmizlik işləri aparılıb, səliqə-sahman yaradılsa da, qeyri-özəl hissələrində natəmizlik hökm sürür.



Dəniz sahilində zir-zibilin olması ilə yanaşı, buraya mal-qaranın buraxılması vəziyyəti bir az da ağırlaşdırır. Rəhbərlik isə bununla mübarizə aparmaqda aciz olduğunu etiraf edir. 



Nabran icra nümayəndəsi Nəzakət İskəndərova isə bütün günahları çimərliyə gələnlərdə görür: "Biz bu əraziləri nə qədər təmizləyiriksə, xeyri yoxdur. İnsanlar bura maşınla gəlirlər, əllərindəki zibilləri zibil qutusuna deyil, yerə atırlar". 



Nəzakət İsgəndərova rayon gigiyena-epidemiologiya mərkəzinin Yalama polis bölməsi ilə birlikdə təmizliyə riayət etməyən vətəndaşlara qarşı birgə protokol tərtib etdiyini, bütün istirahət mərkəzlərinə xəbərdarlıq məktubu göndərildiyini deyib.



Polisdən isə məlumat verilib ki, mövsüm başlayandan 20 nəfər barəsində protokol tərtib edilərək xəbərdarlıq edilib. Belə çıxır ki, təmizliyə riayət eləmək öz əlimizdədir.


Heyvanların dincəldiyi Nabran çimərlikləri

Heyvanların dincəldiyi Nabran çimərlikləri

Heyvanların dincəldiyi Nabran çimərlikləri

Heyvanların dincəldiyi Nabran çimərlikləri